Maik Pompeo - ABŞ Rusiya ekspansiyası ilə mübarizə aparan Gürcüstanı silahlandırmağa davam edir
Maik Pompeo - ABŞ Rusiya ekspansiyası ilə mübarizə aparan Gürcüstanı silahlandırmağa davam edir

ABŞ Rusiya ekspansiyası ilə mübarizə aparan Gürcüstanı silahlandırmağa davam edir, – bu sözləri ABŞ Dövlət katibi vəzifəsinə təqdim edilən Maik Pompeo bugün senatdaki çıxışında deyəcək.

“ABŞ Gürcüstanda və Ukraynada Rusiya ekspansiyasına qarşı mübarizə aparan cəsur qadın və kişiləri silahla təmin etməyə davam edəcək” – deyilir Pompeonun hazırladığı mətndə.

Pompeonun çıxışının mətnini Associated Press​ yayır.

Maik Pompeo həmçinin bəyan edəcək ki, Rusiya ilə yumuşaq siyasət artıq başa çatdı.

Pompeonun Senatın Xarici Əlaqələr Komitəsində çıxışı bugün Tbiliis vaxtı ilə, saat 17:30-da başlayacaq.