Maia Sandu – Rusiya bu il də Moldova parlament seçkilərinin nəticələrinə təsir göstərməyə çalışacaq, Kreml hakimiyyətə nəzarəti ələ keçirsə, Moldovadan Ukraynaya qarşı istifadə edəcək
Press conference by Roberta METSOLA, EP President and Maia SANDU, President of the Republic of Moldova
Moldova prezidenti Maia Sandu Jurnal TV-nin efirində bildirib ki, Rusiya Moldova rəhbərliyini dəyişmək və sonra ölkədən Ukraynaya qarşı istifadə etmək istəyir.
Sandunun dediyinə görə, bu gün Ukrayna Moldova üçün qalxan olaraq qalır və Kişinyov hakimiyyətinin Moldovanın Ukraynaya qarşı istifadəsinə imkan verməmək üçün mənəvi öhdəliyi var.
Jurnalistin Moldovanın Ukraynaya qarşı necə istifadə oluna biləcəyi ilə bağlı sualına Sandu Moskvanın Moldovada qarşıdan gələn seçkilərin nəticələrinə təsir etmək üçün böyük səy göstərəcəyi cavabını verib.
“Ötən il görünməmiş müdaxilə gördük və tamamilə aydındır ki, Rusiya bu il də seçkilərin nəticələrinə təsir göstərməyə çalışacaq. Kremlin məqsədi ölkə rəhbərliyini nəzarət etdiyi adamlarla əvəz etməkdir. Söhbət təkcə Moldovadan getmir, çünki Rusiyanın marağı indi Ukraynadır. Kreml hakimiyyəti nəzarətə götürsə, Moldovadan Ukraynaya qarşı istifadə edəcək”, – Sandu qeyd edib.
Onun dediyinə görə, Rusiyanın Moldovanı müharibəyə sürükləməyə çalışması riski var.
“Bizim Ukrayna ilə 1200 kilometr sərhədimiz var. Təsəvvür edin ki, bir gecədə bu sərhəd dost ölkədən Moskvanın nəzarətində olan ölkə ilə sərhədə çevrilir. Təbii ki, burada Ukrayna üçün risklər var, eyni zamanda Moldova üçün risklər artır”, – Sandu bildirib.
Moldova prezidentinin dediyinə görə, vətəndaşların təhlükəsizliyi və həmçinin Ukraynada vəziyyəti çətinləşdirməmək üçün bu baş verməməlidir.
“Bizim sağ tərəfdə qalmaq, dost ölkə olaraq qalmağa mənəvi borcumuz var”, – Sandu qeyd edib.
Məlumat üçün bildirək ki, Moldovada parlament seçkilərinin sentyabrın 28-də keçiriləcəyi ehtimal olunur.