Maia Sandu ölkədə fəaliyyət göstərən korrupsioner qüvvələrin və Rusiya xüsusi xidmət orqanlarının qəsdən vəziyyəti qarışdırmağa çalışdıqlarının açıqlayır
Moldova prezidenti Maia Sandu ölkədə fəaliyyət göstərən korrupsioner qüvvələrin və Rusiya xüsusi xidmət orqanlarının qəsdən vəziyyəti qarışdırmağa çalışdıqlarının açıqlayır. Moldova prezidenti bu barədə Rumıniya mətbuatına müsahibəsində açıqlayıb.
O, hazırda aksiyalara başlayan siyasi partiyaların Rusiya xüsusi xidmət orqanları ilə birgə sabitliyi pozduğunu qeyd edib.
“Moldovada külli miqdarda pul oğurlayan korrupsioner qruplar koalisiyası, eləcə də Rusiya xüsusi xidmət orqanları, rusiyayönlü partiyalar – onların hamısının Moldovada sabitliyi pozmaq məqsədinə xidmət etməsi barədə bizdə sübutlar var. Onlar vətəndaşların üzləşdiyi çətinliklərdən istifadə edirlər. Biz demokratiyanı qorumaqda istəkliyik” – deyə Moldova prezidenti bildirib.
Məlum olduğu üzrə, son bir neçə həftə ərzində Moldovada “Şor” partiyası tərəfindən hökumət əleyhinə aktiv aksiyalar keçirilib.