Maia Sandu – Avropa İttifaqına üzvlüklə bağlı danışıqların birinci klasterinin açılması qərarını təqdir edir, Moldova bütün klasterləri açmağa hazırdır

10:39, 13.06.2026
Press conference by Roberta METSOLA, EP President and Maia SANDU, President of the Republic of Moldova

Press conference by Roberta METSOLA, EP President and Maia SANDU, President of the Republic of Moldova

Moldova Prezidenti Maia Sandu Avropa İttifaqına üzv dövlətlərin üzvlüklə bağlı danışıqların birinci klasterinin açılmasını dəstəkləyən qərarına sosial şəbəkədə münasibət bildirib.

“Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta ilə əla söhbətim oldu. Bazar ertəsi günü üzvlüklə bağlı danışıqların birinci klasterinin açılması qərarını təqdir edirəm. Moldova onların hamısını açmağa hazırdır – biz üzərimizə düşən işi yerinə yetirdik və islahatları davam etdirəcəyik. İyunun 22-də keçiriləcək Avropa İttifaqı-Moldova sammitini səbirsizliklə gözləyirik”, – deyə Maia Sandu yazır.

Məlumat üçün bildirək ki, Avropa İttifaqına üzv dövlətlər Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqların birinci klasterinin açılmasına razılıq veriblər. Formal üzvlük danışıqları iyunun 15-dən etibarən Lüksemburqda, hökumətlərarası konfranslar çərçivəsində hər bir ölkə ilə ayrıca başlayacaq. İyunun 18-də isə Brüsseldə keçiriləcək Avropa Şurasının Sammitində məsələ təsdiqləndikdən sonra altı klasterdən birincisi açılacaq və həmin ölkələrin qanunvericiliyinin Avropa İttifaqı standartlarına uyğunlaşdırılması prosesi başlayacaq.

Oxşar