Maia Bitadze Ermile Qiqiadzenin dünyasını dəyişməsi ilə bağlı - "Milli Hərəkat"çıların etdikləri məhz budur, hər gün bizə izlətdikləri və "Milli Hərəkat"çı "fəalı"nın faşist üsullarla insana necə söyüş söydüyü televiziya təbliğatının nəticəsidir
Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri Maia Bitadze Ermile Qiqiadzenin dünyasını dəyişməsinə münasibət bildirir.
Bitadzenin sözlərinə əsasən, “Milli Hərəkat”çıların etdikləri məhz budur, bu, hər gün bizə izlətdikləri və qoçaq bir “Milli Hərəkat”çı “fəalı”nın ən yaxşı kommunist-faşist üsullarla insana necə söyüş söydüyü televiziya təbliğatının nəticəsidir”.
“Milli Hərəkat”çıların etdikləri məhz budur, bu hər gün bizə izlətdikləri və qoçaq bir “Milli Hərəkat”çı “fəalı”nın ən yaxşı kommunist-faşist üsullarla insana necə söyüş söydüyü televiziya təbliğatının nəticəsidir. Uşaqlarımıza öyrətdikləri budur. Ay insanlar, sizə nə olub axı? Bu qədər insan düşmanlığı kifayət etmirmi? Mərhumun ailəsinə başsağlığı verirəm” – Maia Bitadze yazır.
“İmedi”nin məlumatına əsasən, Tsğaltuboda müxalifət fəalı “Gürcü Arzusu”nun üzvü Ermile Qiqiadzeni ağır sözlərlə təhqir edib, bundan sonra da Qiqiadze yerindəcə dünyasını dəyişib.