Madaqaskarda “Qezan” siklonu ən azı 59 nəfərin ölümünə səbəb olub, 16 000-dən çox insanın isə təxliyə olunmasına ehtiyac yaranıb.
Ölkənin Risklər və Fəlakətlərin İdarə Olunması üzrə Milli Bürosu (BNGRC) 15 nəfəri itkin düşmüş hesab edir, 804 nəfərin xəsarət alıb, 423 mindən çox insan isə təbii fəlakətdən zərər çəkib.
Medianın məlumatına görə, küləyin sürəti saatda təxminən 185 km olub. Daha sonra Siklon Mozambik istiqamətinə hərəkət edib.