Lvovda Ukrayna və Türkiyə prezidentləri arasında görüş keçirilir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya bir günlük səfər edib. İkitərəfli görüşdən sonra BMT-nin baş katibi Antonio Qutiereş prezidentlərə qoşulacaq və üçtərəfli görüş keçiriləcək , görüşdə Ukraynada müharibənin diplomatik yollarla sonlandırılması məsələsini müzakirə edəcəklər. Zelenski Antonio Qutiereş ilə üzbəüz görüşdə BMT-nin baş katibindən Zaporojie AES-də təhlükəsizliyin təmin edilməsini xahiş edib.
Türk mətbuatında yayılan məlumatlarda, Ərdoğanın Ukrayna prezidentinə o və Vladimir Putin arasında görüş təşkil etməyə hazır olduğunu bildirəcəyi deyilir, avqustun 5-də Soçidə keçirilən danışıqlar zamanı Putin buna işarət edib.
Türk mətbuatı diplomatlara istinadən yazır ki, Ukrayna və Rusiya prezidentləri arasında görüş baş tutacağı təqdirdə liderlər müharibənin dırnaq arası yol xəritəsini müəyyən etməlidirlər, bundan sonra isə nümayəndə heyətləri bu yol xəritəsini həyata keçirmək üçün işə başlayacaqlar.