Donald Tramp - Lukaşenko güclü insandır, amma onun 1400, 1500 və daha çox məhbus olduğu bildirilir, məncə onların əksəriyyəti siyasi məhbusdur, inanıram ki, onların əksəriyyəti azad olunacaq
Donald Tramp - Lukaşenko güclü insandır, amma onun 1400, 1500 və daha çox məhbus olduğu bildirilir, məncə onların əksəriyyəti siyasi məhbusdur, inanıram ki, onların əksəriyyəti azad olunacaq

ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, o inanır ki, Belarus yaxın vaxtlarda yüzlərlə siyasi məhbusu azad edəcək.

Oval kabinetdə jurnalistlərlə söhbəti zamanı Tramp qeyd edib ki, bu məsələni Belarus Prezidenti Aleksandr Lukaşenko ilə müzakirə edib.

Mən inanıram ki, onlar 1 400 məhkumdan əksəriyyətini azad edəcəklər. Mən ölkənin liderinə böyük hörmətimi ifadə etdim. Bir daha deyirəm – Lukaşenko çox güclü insandır, amma onun 1 400, 1 500 və ya daha çox məhbusu var. Biz onların azad olunması barədə danışırıq. Düşünürəm ki, onların çoxu siyasi məhbusdur və görünür, onları yaxın gələcəkdə azad edəcəklər”, – deyə Tramp bildirib.