Luk Koff – Ukraynadakı müharibə Türkiyənin Qara dəniz bölgəsindəki əhəmiyyətini hamımıza xatırlatdı
Ukraynadakı müharibə Türkiyənin Qara dəniz bölgəsindəki əhəmiyyətini hamımıza xatırlatdı-bu barədə Hadson İnstitutunun baş tədqiqatçısı, Luk Koff “Gürcüstan Radiosu”na müsahibəsində açıqlayıb.
“Türkiyə NATO üçün son dərəcə əhəmiyyətli olmağa başlayır. Bu, xüsusilə “Montrö Konvensiyası” ilə və ümumiyyətlə, coğrafi yerlə əlaqəlidir. Aydındır ki, ABŞ-ın Türkiyə ilə ikitərəfli münasibətlərində problemlər var, lakin NATO çərçivəsində əməkdaşlıq baxımından Türkiyə ilə işləməyə davam etməliyik, çünki o, alyansın vacib üzvüdür. Boğazların Türkiyə tərəfindən bağlanması Rusiyanın təkcə Qara dənizə deyil, Liviya, Şimali Afrika və Şərqi Aralıq dənizi sahili kimi dünyanın digər bölgələrinə güc dislokasiya etmə qabiliyyətinə real təsir etdi. Əgər bu olsaydı Rusiya Krımdan tramplin kimi istifadə edə bilərdi”- deyə Koff açıqlayıb.
Bununla yanaşı, o bildirib ki, “Türkiyə Buğda müqaviləsini imzalamaqla uğur qazanıb, nəticədə Ukraynaya daha çox fayda gətirdi və eyni zamanda Rusiyanın zəifliyini üzə çıxardı”.
“Bəlkə hamının yadındadır, bir neçə həftə əvvəl Rusiya donanmasına hücum oldu və Rusiya “Buğda müqaviləsi”ndə iştirakını dayandırdı, lakin bu müqavilə fəaliyyətini davam etdirdi və Rusiya heç nə edə bilmədi. Nəticədə Rusiyanın zəifliyi gözlər önünə sərildi. Ukrayna ilə Rusiya arasında hər iki tərəf üçün uğurlu olan əsir mübadiləsi də mühüm əhəmiyyət kəsb edirdi, lakin buna Ukrayna prizmasından baxsaq görərik ki, Mariupol şəhərinin müdafiəsinə rəhbərlik edən “Azov” alayının komandirləri indi Türkiyədə sərbəst yaşayır. Rusiyanın nə vaxtsa bu hərbi komandirləri azad edəcəyi heç kimin ağlına gəlməzdi. Türkiyə bu müqaviləni bağlaya bildi. Beləliklə, Ukraynadakı müharibə Türkiyənin Qara dəniz bölgəsindəki əhəmiyyətini hamımıza xatırlatdı” -deyə Koff açıqlayıb.
Hadson İnstitutunun baş tədqiqatçısı Luk Koff ilə müsahibənin tam versiyasını Levan Axalaianın “Dünya xəbərləri” proqramında dinləyə bilərsiniz.