Luk Koff- Rusiya, xəritədə gördüyümüz kimi, 10-15 ildən sonra artıq mövcud olmayacaq

15:32, 30.12.2022

 

Bu gün xəritədə gördüyümüz kimi Rusiya 10-15 ildən sonra mövcud olmayacaq-bu barədə Hadson İnstitutunun baş tədqiqatçısı, Luk Koff “Gürcüstan Radiosu”na müsahibəsində açıqlayıb.

“Bu müharibə Rusiyada dəyişikliklərə gətirib çıxara bilər və fikrimcə, belə də olacaq. Ancaq bunların mütləq müsbət dəyişikliklər olacağını düşünmürəm. Reallıq budur ki, Rusiyanın Ukraynadakı məğlubiyyətindən sonra hansı dəyişikliklərin olacağını bilmirik. Rusiyanın idarə olunması və təşkili baxımından dəyişiklikləri nəzərdə tuturam. Ancaq bir şey aydındır ki, xəritədə gördüyümüz Rusiya 10-15 ildən sonra artıq mövcud olmayacaq. Əgər Rusiya hərbi nöqteyi-nəzərdən məğlub olsa və Putin devrilsə, məncə, bu, əslində mümkündür, onda biz çox güman ki, Rusiya Federasiyasının parçalanmasını görəcəyik. Üsyanlar, bəlkə də vətəndaş müharibəsi də müşaiyət oluna bilər və biz Rusiya Federasiyasının tərkibindəki subyektlərin müstəqillik və öz müqəddəratını təyinetmə çağırışlarını da görəcəyik.

Hazırda Ukraynada döyüşən Rusiya qüvvələri arasında qeyri-mütənasib şəkildə təmsil olunan etnik azlıqların, xüsusilə də Şimali Qafqazlıların nümayəndələri müəyyən müddətdən sonra evə əliboş qayıdacaqlar. Onların döyüş təcrübəsi olacaq. O dövrdə Rusiyadakı vəziyyətdən asılı olaraq, bu, çox təhlükəli birləşmə ola bilər. Əgər Gürcüstanla coğrafi yaxınlığı da nəzərə alsaq, gürcü olsaydım, həqiqətən də narahat olardım”- deyə Luk Koff açıqlayıb.

Hadson İnstitutunun baş tədqiqatçısı Luk Koff ilə müsahibənin tam versiyasını Levan Axalaianın “Dünya xəbərləri” proqramında dinləyə bilərsiniz.

Oxşar