Luis Enrike - Xviça mövsümü yüksək səviyyədə keçirir, müdafiədə böyük həcmdə iş görür#1TVSPORT
Xviça Kvaratsxelia “Paris Sen-Jermen”in 3:0 hesabı ilə qalib gəldiyi və gürcü ulduzun əsas rol oynadığı, Fransa Liqa 1-də “Nant”a qarşı təxirə salınmış oyun barədə şərh verib.
“Titullar uğrunda mübarizə aparırıq və bunu nəzərə alaraq “Paris Sen-Jermen” üçün hər bir matç çox vacibdir. Özümü fiziki cəhətdən çox yaxşı hiss edirəm – eyni şey bütün komanda üçün də keçərlidir. Bu gün göstərdik ki, birlikdə olduğumuzda hər şeyə nail ola bilirik. İkinci qol yaxşı idi. Lakin videoda və təkrarda görməmişəm və mütləq izləyəcəyəm”, – gürcü ulduzu bildirib.
Xviça Kvaratsxelia Fransa nəhəng klubunun baş məşqçisi Luis Enrike tərəfindən təriflənib və onun müdafiədəki oyununu vurğulayıb.
“Xviça bütün mövsüm ərzində yüksək səviyyədə çıxış edir. Onun xüsusiyyətləri barədə danışmıram, çünki bunu hamı bilir. Amma mən onun xarakterini nəzərdə tuturam — rəqibdən və hesabdan asılı olmayaraq müdafiədə necə oynadığını. Bu, həqiqətən çox vacibdir”, – Luis Enrike bildirib.