Los-Ancelesdə baş verən partlayış nəticəsində azı 3 nəfər həlak olub.
“BBC”nin məlumatına görə, partlayış Los Anceles dairəsinin Şerif Departamentinin təlim bazasında baş verib. Həmin məkanda şerif müavinləri təlim keçirlər.
İlkin məlumata görə, xəsarət alanlar Şerif Departamentinin əməkdaşlarıdır.
Partlayışın səbəbi hələlik məlum deyil. Faktla bağlı istintaq aparılır. Hadisə yerində Federal Təhqiqatlar Bürosunun nümayəndələri işləyir.