Los-Ancelesdə avtomobil insanların üzərinə sürülüb, 20-dən çox insan xəsarət alıb, onlardan dördünün vəziyyəti kritikdir

15:43, 19.07.2025

Los-Ancelesdə avtomobil insanların üzərinə sürülüb, 20-dən çox insan xəsarət alıb.

Bu barədə Los-Anceles Yanğın Departamenti məlumat yayır.

Onların məlumatına görə, ən azı dörd yaralının vəziyyəti kritikdir, daha səkkizinin isə ciddi xəsarətləri var.

Hadisə Hollivudun şərqindəki Santa Monika bulvarında baş verib.

Hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Oxşar