Polis Londonun cənubunda baş verən insidenti terror aktı kimi bəyan etdi. Rəsmi məlumata görə, kişi Londonun cənubunda bir neçə insana bıçaqla hücum etdi. Hücumçuya polis atəş açdı, nəticədə o, yerindəcə həlak oldu.
London polisi artıq təsdiq etdi ki, hadisə nəticəsində iki nəfər yaralanıb.
Hadisə yerinə hüquqmühafizəçilər və təcili tibbi yardım briqadaları səfərbər olunub. Onların məlumatına görə, bir neçə insan xəsarət alıb.
Polis vətəndaşlara hadisə yerinə yaxınlaşmaqdan tərəddüd etməyə çağırır.