Londonda soyuq silahla silahlanmış kişinin hücumu nəticəsində bir uşaq həlak olub, 5 nəfər xəsarət alıb
Londonda soyuq silahla silahlanmış kişinin hücumu nəticəsində bir uşaq həlak olub, 5 nəfər xəsarət alıb

 
Londonda qılıncla silahlanmış kişinin hücumu nəticəsində 13 yaşlı uşaq həlak olub, 5 nəfər isə xəsarət alıb.

Bu haqda “BBC” yazır.

Polisin məlumatına görə, kişi əvvəlcə avtomobillə evlərdən birinə çırpılıb, daha sonra isə yoldan keçənlərə və polis əməkdaşlarına qılıncla hücum edib.

Medianın yazdığı üzrə, xəsarət alanlar arasında xəstəxanaya çatdırılan iki polis var, onların vəziyyəti bilinmir.

Polis insidentdən 22 dəqiqə sonra 36 yaşlı şübhəlini saxlayıb və hazırda hadisənin terrorla əlaqəli hesab edilmədiyini açıqlayıb.