Londonda naməlum kişi bir neçə insanı yaraladı
Londonda naməlum kişi bir neçə insanı yaraladı

Londonda naməlum kişi bir neçə insanı yaraladı. Polis hücum edənə atəş açdı.

Hüquqmühafizəçilərin məlumatına görə, baş verənlər terrorizm ilə əlaqədardır.

İnsident Londonun cənub hissəsində baş verdi. Hadisəni gözləri ilə görənlərin dediyinə görə, onlar bir neçə atəş səsini eşitdilər. Hadisə yerinə təcili tibbi yardım maşınları səfərbər olunub. Hazırda baş verənlərin başqa detalları məlum deyil.