Londonda İran səfirliyinin qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma baş verib, xəsarət alanlar var
Londonda İran səfirliyinin qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma baş verib, xəsarət alanlar var

Londonda İran səfirliyinin qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma baş verib. Bu barədə “Sky News” məlumat yayır.

Medianın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını saxladıqdan sonra etirazçılar onların üzərinə müxtəlif əşyalar atmağa başlayıblar.

Xəsarət alanlar arasında həm aksiya iştirakçıları, həm də hüquq-mühafizə orqanlarının əməkdaşları var.

Məlumat üçün bildirək ki, İranda etirazlar dekabrın 28-də başlayıb. Səbəb İranın milli valyutasının rekord dərəcədə dəyər itirməsi olub. Hakimiyyət etirazları zorla yatırıb. Ölkədə internet bir neçə gün işləməyib. Xarici medianın yazdığına görə, İranda etiraz aksiyası zamanı həlak olanların sayı 3.000-i ötür.