Londonda, “BBC”nin keçmiş baş ofisində yanğın baş verib. Bu barədə “Sky News” məlumat yayır.
Fövqəladə Hallar Xidmətinin məlumatına görə, alov gecə saatlarında Wood Lane küçəsində yerləşən binanın yuxarı mərtəbələrində başlayıb və daha sonra yaxınlıqdakı binalara da yayılıb. Yanğın nəticəsində restoran, terasa və bir neçə mənzil yanaraq yararsız hala düşüb.
Yanğının söndürülməsinə təxminən 100 xilasedici və 15 yanğınsöndürən maşın cəlb olunmuşdu. Yanğının səbəbinin müəyyən edilməsi üçün istintaq aparılır.