London yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində bir nəfər həlak olub, xəsarət alanlar var

13:58, 20.06.2026

London yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində bir nəfər həlak olub. Bu barədə “Reuters” agentliyi məlumat yayır.

Medianın məlumatına görə, həlak olan şəxs qatarlardan birinin sürücüsüdür. Yaralılara gəlincə, 11 nəfər olduqca ağır, 22 nəfər ciddi, 56 nəfər isə yüngül xəsarətlər alıb.

Toqquşmanın səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı istintaq aparılır.

Qatarlardan birində olan və yüngül xəsarət alan həkim sosial şəbəkədə toqquşmanın qəfildən baş verdiyini yazır. Onun sözlərinə görə, vaqonlardan biri relsdən çıxıb.

Böyük Britaniyanın Baş naziri Kir Starmer həlak olanın ailəsinə baş sağlığı verib, yaralıların ailələrinə dəstək ifadə edib.

Oxşar