Lloyd Ostin və Serqey Şoyqu arasında telefon danışığı baş tutub
ABŞ müdafiə naziri Lloyd Ostin və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub. Bu, Rusiyanın Ukraynaya müdaxiləsinin başlamasından sonra Rusiya və ABŞ müdafiə qurumlarının rəhbərləri arasında ikinci telefon danışığıdır. Onlar arasında ilk danışıqlar may ayında keçirilib.
Pentaqondan verilən məlumatda Lloyd Ostinin Şoyqu ilə telefon danışığında Ukraynaya qarşı davam edən müharibə şəraitində rabitə xətlərinin saxlanmasının vacibliyini vurğuladığı deyilir.
Öz növbəsində, Rusiya Müdafiə Nazirliyində Şoyqu və Ostinin beynəlxalq təhlükəsizliyin aktual məsələlərini, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə etdikləri deyilir.