Liz Trass – Kraliça II Elizabet müasir Britaniyanın üzərində qurulduğu qaya idi
Böyük Britaniyanın baş naziri Liz Trass bildirir ki, Birləşmiş Krallığın kraliçası II Elizabet müasir Britaniyanın üzərində qurulduğu qaya idi. Üç gün əvvəl kraliçanın qarşısında baş nazir andı içən Liz Trass bunu parlamentdəki çıxışı zamanı açıqlayıb.
Liz Trass sentyabrın 8-də axşam kral Çarlzla danışdığını və başsağlığı verdiyini bildirib.
“Əlahəzrət Kraliça II Elizabet dünyanın indiyə qədər tanıdığı ən böyük liderlərdən biri idi. O, müasir Britaniyanın üzərində qurulduğu qaya idi. O, müharibənin kölgəsindən çıxan bir ölkədə cəmi 25 yaşında taxta çıxdı. Onun hakimiyyəti altında böyüyən və çiçəklənən müasir, dinamik bir xalqı vəsiyyət etdi. Məhz onun sayəsində Böyük Britaniya bugünkü böyük ölkədir. Bu gün birlik onun sayəsində bir ailədir. O, İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın birliyinə sadiq idi. O, 15 ölkəyə dövlət başçısı kimi xidmət edib və onların hamısını sevirdi” -deyə Liz Trass bildirib.