Böyük Britaniyanın keçmiş baş naziri Liz Trassın sözlərinə görə, “BBC” “Dərin dövlət”in bürokratik təbliğat təşkilatıdır. Bu barədə Trass podkastında bildirib.
Onun sözlərinə görə, “BBC” müəyyən siyasətçilərə qarşı fəaliyyət göstərir. Trass, ABŞ prezidenti Donald Trampın nümunəsini gətirir, hansı ki,onun dediyinə görə, onun dünya görüşü “BBC”dən fərqlənir.
“Prezident Tramp hazırda “BBC”ni onun haqqında yalan danışdığına görə məhkəməyə verir. İsraildə baş verənlər haqqında da yalan danışdılar, iqtisadiyyat haqqında yalan danışdılar. Onlar qlobal sistemin təbliğatçılarıdırlar, “Dərin dövlət”in bürokratik təbliğatçılarıdırlar. Onlar konkret siyasi xadimlərə qarşı fəal işləyirlər və prezident Tramp onların fərqli dünyagörüşünə malik şəxslərdən biridir, lakin bu təşkilat vergi ödəyicilərinin pulları ilə maliyyələşdirilir”, – Liz Trass bildirib.