Livanın Səhiyyə Nazirliyinin son məlumatına əsasən, İsrailin hücumu nəticəsində həlak olanların sayı 182-yə yüksəlib, azı 727 nəfər yaralanıb
Livanın Səhiyyə Nazirliyinin son məlumatına əsasən, İsrailin həyata keçirdiyi hücum nəticəsində həlak olanların sayı 182-yə yüksəlib, azı 727 nəfər yaralanıb.
Nazirliyin məlumatına əsasən, həlak olan və yaralananlar arasında qadınlar, uşaqlar və tibb sahəsinin nümayəndələri var.
İsrailin Müdafiə Qüvvələrinin bəyanatına əsasən, bu səhər İsrailin Hərbi Hava Qüvvələri Livanda “Hizbullah”ın 300-dən çox hədəfinə zərbələr endirib.
İsrailin Müdafiə Qüvvələri Bekaada “Hizbullah”ın strateji silahlarının saxlanıldığı yerə hücum etməyə hazırlaşır. Ölkənin müdafiə qüvvələri bu bölgədə yaşayan əhalini təcili təxliyyəyə çağırır.