Livanın Baş naziri, İsrailin hücumlarının məqsədinin Livanın kənd və şəhərlərini məhv etmək olduğunu bildirir
Livanın Baş naziri Nacib Mikati, İsrailin hücumlarının məqsədinin Livanın kənd və şəhərlərini məhv etmək olduğunu bildirir.
Mikati Nyu-Yorka BMT-nin Baş Assambleyasına səfərini ləğv edib və ölkələri təcavüzün dayandırılması üçün tədbirlər görməyə çağırıb.
Xatırladaq ki, İsrail bu gün Livanda “Hizbullah”ın 300-dən çox hədəfinə zərbələr endirib. Livanın Səhiyyə Nazirliyinin son məlumatına əsasən, İsrailin hücumu nəticəsində həlak olanların sayı 182-yə yüksəlib, azı 727 nəfər yaralanıb.