Livanın Baş naziri İsrail ilə atəşkəs razılaşmasını təqdir edir və prosesdə iştirak edən ölkələrə təşəkkür edir
Livanın Baş naziri Nəvaf Salam ölkəsi və İsrail arasında əldə edilən atəşkəs razılaşmasını təqdir edir. Nəvaf Salam bu barədə sosial şəbəkədə yazır.
Salam, Livanda atəşkəsin əldə olunması üçün vasitəçilik etməyə çalışan ölkələrə təşəkkür etdi. Bu ölkələr arasında ABŞ, Fransa, Səudiyyə Ərəbistanı, Qətər və İordaniya var.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında on günlük atəşkəs elan ediləcəyini bəyana edib. Atəşkəs Vaşinqton vaxtı ilə saat 17:00-dan etibarən qüvvəyə minəcək.