Livan Yaxın Şərqdə ölüm cəzasını ləğv edən ilk ölkə oldu, bu cəza forması ömürlük həbs və ağır məcburi əməklə əvəz edildi

20:18, 11.08.2026

Livan Yaxın Şərqdə ölüm cəzasını ləğv edən ilk ölkə oldu. Ölkədə bu cəza forması ömürlük həbs və ağır məcburi əməklə əvəz edildi. Bu barədə “Associated Press” məlumat yayır.

Livanın 128 üzvdən ibarət parlamentinin əksəriyyəti ölüm hökmünün ləğvinə səs verib. Yeganə istisna “Hizbullah”ın parlament bloku oldu.

Livanın ədliyyə naziri Adel Nasser qərarı ölkə üçün “tarixi addım” adlandırıb.

Qərarı ölkədə ölüm cəzasına tətbiq edilən moratoriumun rəsmiləşdirilməsini və ya bu cəzanın tamamilə ləğv olunmasını illərdir tələb edən insan hüquqları müdafiə təşkilatları da təqdir etdilər.

2004-cü ilin yanvar ayından bəri Livanda ölüm hökmünün icrasına qeyri-rəsmi moratorium tətbiq edilirdi. Məhkəmələr ölüm hökmləri çıxarmağa davam etsələr də, onların icrası sonradan dayandırılır və ya cəza başqa bir forma ilə əvəz edilirdi.

 

Oxşar