Livan Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İsrailin hücumları nəticəsində Livanda ən azı 16 nəfər həlak olub
İsrailin hücumları nəticəsində Livanda ən azı 16 nəfər həlak olub.
Bu barədə “Reuters” Livan Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, gecə saatlarında hərbi əməliyyat çərçivəsində, İsrail əsgərləri Livanın şərqində təyyarələrdən endirilib, bundan sonra yerli sakinlər və “Hizbullah” döyüşçüləri onlara atəş açıb.
Cavab olaraq, İsrail yaşayış məntəqələrini intensiv bombalamağa başlayıb və sonra əsgərləri təxliyə edib.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İsrailin hücumları nəticəsində üç hərbi şəxs də daxil olmaqla 16 nəfər həlak olub. Həlak olanların sayının artacağı gözlənilir.
Bununla yanaşı, “Reuters” agentliyinin məlumatına görə, cari həftə İsrail ilə “Hizbullah” arasında döyüşlərin yenidən başlamasından bəri Livanda 200-dən çox insan həlak olub. Təxminən 300.000 insan evlərini tərk etmək məcburiyyətində qalıb.