Livan Prezidenti – İsraillə imzalanmış saziş livanlılara Livan dövlətinin suverenliyi altında tamamilə azad edilmiş torpaqlara və bərpa olunmuş evlərinə geri dönmək imkanı verəcək

11:18, 27.06.2026

Livan prezidenti Cozef Aun bildirib ki, İsraillə imzalanmış saziş ölkənin suverenliyinin tam bərpası istiqamətində atılmış ilk addımdır.

Cozef Aunun sözlərinə görə, razılaşma livanlılara “Livan dövlətinin suverenliyi altında tam azad edilmiş torpaqlarına və yenidən qurulmuş evlərinə” qayıtmağa imkan verəcək.

“And içirik ki, buna tam nail olana qədər işimizi davam etdirəcəyik. Artıq işğal, məhbuslar, tabeçilik və ya qəyyumluq olmayacaq”, – Livan prezidenti qeyd edib.

Məlumat üçün bildirək ki, ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda keçirilən ndanışıqlardan sonra İsrail və Livan arasında çərçivə razılaşması elan etdi.

Oxşar