Livan mediasının məlumatına görə, bu gün İsrailin Livana endirdiyi hava hücumları nəticəsində azı 25 nəfər həlak olub

18:16, 27.09.2024

Bu gün İsrailin Livana endirdiyi hava hücumları nəticəsində azı 25 nəfər həlak olub. Bu barədə məlumatı Livan mediası, ölkənin Səhiyyə Nazirliyinə istinadən yayır.

İsrailin hərbi təyyarələrinin hədəfi “Hizbullah”ın raket buraxılış məntəqələri və silah anbarları olub.

Hava hücumları ilə paralel olaraq, İsrailin Livanda quru əməliyyatı keçirmə ehtimalı da artır.

İsrail mediası ölkənin təhlükəsizlik sektorunun nümayəndələrinə əsaslanaraq yazır ki, “Hizbullah”a qarşı istənilən quru əməliyyatı mümkün qədər qısamüddətli olacaq. İsrailin müdafiə naziri Yoav Qalant Safed şəhərinə səfəri zamanı bildirib ki, İsrail Müdafiə Qüvvələri “Hizbullah”a güclü zərbələr endirir və təhlükəsizlik şimala qayıdana qədər vurmağa davam edəcək.

Paralel olaraq, Səudiyyə Ərəbistan bu gün Yaxın Şərqdəki münaqişənin iki dövlət əsasında həllinə çalışacaq beynəlxalq koalisiyanın yaradılmasını bildirib. Koalisiyanın üzvləri Avropa ölkələri ilə əməkdaşlıq edəcək ərəb və müsəlman ölkələridir.

Oxşar