Litvanın xarici işlər naziri – Belarus rejimi Lukaşenkonu yenidən təyin etməyə hazırlaşır, Avropa qonşuluqda mövcud olan diktatura haqqında dürüst danışmalıdır

19:42, 24.01.2025

Litvanın xarici işlər naziri Kiastutis Budris Belarusda yanvarın 26-na təyin edilmiş prezident seçkilərinə sosial şəbəkədə münasibət bildirir və yazır ki, Avropa Aleksandr Lukaşenko rejiminin yaratdığı təhlükəyə məhəl qoymamalıdır.

Budrisin söylədiyinə görə, Belarusda yanvarın 26-na təyin edilmiş parlament seçkiləri Lukaşenkonun yenidən təyin edilməsi üçün tədbirdir.

“Belarus rejimi bu şənbə-bazar Lukaşenkonun yenidən seçilməsi tədbirinə hazırlaşır, Avropa öz qonşuluğunda mövcud diktatura haqqında dürüst danışmalıdır”, – Litvanın xarici işlər naziri sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, yanvarın 26-da Belarusda prezident seçkiləri keçiriləcək. Seçkilərdə beş namizəd iştirak edəcək. Hazırkı prezident Aleksandr Lukaşenko ilk dəfə 1994-cü ildə Belarus prezidenti seçilib.

Oxşar