Litvanın hava məkanına uçuş aparatının daxil olması səbəbindən ölkənin baş naziri və Seymin sədri sığınacağa aparılıb
Litvanın hava məkanına uçuş aparatının daxil olması səbəbindən ölkənin baş naziri və Seymin sədri sığınacağa aparılıb

Litvanın baş naziri Qintautas Palutskas və Seymin sədri Saulius Saulius Skvernelis Belarusdan ölkənin hava məkanına dronun daxil olması ilə bağlı məlumatın yayılmasından sonra sığınacağa aparılıb.

„Bloomberg“in yazdığına görə, Belarusdan Litvanın ərazisinə naməlum obyekt daxil olub. Əvvəlcə bu, İranın “Şahed” tipli pilotsuz uçuş aparatı hesab edilib, buna görə də hakimiyyət nümayəndələri dərhal sığınacağa aparılıblar.

Sonradan məlum olub ki, bu, heç bir təhlükə yaratmayan, əl işi olan drondur. O, Belarus sərhədindən bir kilometr uzaqlıqda düşdü.