Litva Xarici İşlər Nazirliyi – Avropa İttifaqı və üzv ölkələr Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü pozan qərarların ləğv edilməsi üçün Suriya ilə işləməyə hazırdırlar

21:47, 17.07.2026

Litva Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Avropa İttifaqı və onun üzv dövlətləri Əsəd rejimi dövründə qəbul edilmiş qərarların ləğv edilməsi istiqamətində Suriya Xalq Assambleyası ilə işləməyə hazırdırlar.

Litva Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, söhbət Əsəd rejimi dövründə Ukrayna və Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün pozulmasının tanınmasına yönəlmiş qərarlardan gedir.

“Avropa İttifaqı və onun üzv dövlətləri beynəlxalq hüququn və BMT Nizamnaməsinin qorunması, eləcə də Əsəd rejimi dövründə qəbul edilmiş və Gürcüstanla Ukraynanın ərazi bütövlüyünü pozan qərarların ləğv edilməsi də daxil olmaqla, ümumi məqsədlərə nail olmaq üçün Suriya Xalq Assambleyası ilə əməkdaşlıq etməyə və birgə işləməyə hazırdırlar”, – Litva Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yazılıb.

Oxşar