Lissabonda yanğınsöndürənlər maaşların artırılması tələbi ilə aksiya keçirdilər
Lissabonda yanğınsöndürənlər parlament binası yaxınlığında etiraz aksiyası keçirdilər. Artan inflyasiya fonunda onlar maaşların artırılmasını tələb edirlər.
Bu barədə məlumatı Portuqaliyanın İctimai Yayımçısı yayır.
Portuqaliyalı yanğınsöndürənlər həmçinin işin çətinliyini nəzərə alaraq maaşların artırılmasını, həmçinin yanğınsöndürənlərin təhlükəsizliyini və səmərəliliyini təmin etmək üçün iş qrafikinin yünqüləşdirilməsini xahiş edirlər.