Lisenziyası olan taksi sürücüləri avtomobillərini ağ rəngə boyamaq üçün pulsuz vauçer alacaqlar
Lisenziyası olan taksi sürücüləri avtomobillərini ağ rəngə boyamaq üçün pulsuz vauçer alacaqlar.
Bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze paytaxt hökümət iclasında verdi.
Kaladze qeyd etdi ki, taksi 2018-ci ilin oktyabrın 10-a qədər lisenziya alan taksi sürücüləri maşınlarını ağ rəngə boyamaq üçün bir tetri belə xərcləməyəcəklər.
“Avtomobillərin boyanması ilə bağlı lisenziya alan sürücülərə vauçer vermək qərarını aldıq. Bu proses onlara bir tetri belə oturmayacaq. Bu qərar taksi sürücülərinin işini asanlaşdıracaq və islahatın tez və effektiv şəkildə həyata keçirilməsinə yol açacaq” – dedi Kaladze.
Xatırladaq ki, meriyanın qərarı ilə. 2019-cu ilin oktyabrın 1-dən paytaxtda yalnız ağ rəngli taksi avtomobilləri hərəkət edəcək.