Lindsi Qraham - Donald Tramp İranda işi tamamlamalı, Hörmüz boğazını kommersiya ticarəti üçün yenidən açmaq və İranın təsir rıçaqlarını əlindən almaq üçün hər şeyi etməlidir
Lindsi Qraham - Donald Tramp İranda işi tamamlamalı, Hörmüz boğazını kommersiya ticarəti üçün yenidən açmaq və İranın təsir rıçaqlarını əlindən almaq üçün hər şeyi etməlidir

Donald Tramp İranda işi tamamlamalı, – bu barədəb Respublikaçı senator Lindsi Qraham bildirib.

Qrahamın “Financial Times” qəzetinə verdiyi müsahibədə qeyd etdiyi kimi, İran təxribatlarına davam edərsə, ABŞ prezidenti hərbi zərbələri bərpa etməlidir.

Respublikaçı senator vurğulayıb ki, əgər İran sülh danışıqlarında “sərt siyasətini” davam etdirərsə, Tramp administrasiyası müqavimət göstərəcək.

Onun sözlərinə görə, ABŞ Hörmüz boğazını kommersiya ticarəti üçün yenidən açmaq və “İranın təsir rıçaqlarını əlindən almaq” üçün bütün mümkün addımları atmalıdır.