Lilian Mori Paskie - biz işğal ilə barışmırıq, Abxaziya və "Cənubi Osetiya" Gürcüstanın ayrılmaz hissəsidir
Biz işğal ilə barışmırıq, Abxaziya və “Cənubi Osetiya” Gürcüstanın ayrılmaz hissəsidir, – bu barədə Avropa Şurası Parlament Assambleyasının prezidenti, Lilian Mori Paskie Birinci Kanal ilə eksklüziv müsahibəsində bəyan etdi.
Onun şərh etdiyinə görə, 2014-cü ildən, Krımın işğalından sonra Rusiyanın səsvermə hüququ dayandırlıb.
O, Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğalı barəsində Avropa Şurasının mövqeyi barəsində söhbət etdi.
“Gürcüstana qarşı mövqeyimiz açıq-aydındır. Biz işğal ilə barışmırıq, Abxaziya və “Cənubi Osetiya” Gürcüstanın ayrılmaz hissəsidir. Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”, – Lilian Mori Paskie bəyan etdi.