LGBT şəxslərin hüquqlarının qorunması indeksi ilə, Gürcüstana 100-dən 25,87% verildi
LGBT şəxslərin hüquqlarının qorunması indeksi ilə, Gürcüstana 100-dən 25,87% verildi

Hüquq müdafiyə təşkilatı ILGA-Europe LGBT şəxslərin hüquqlarının qorunması indeksini yayır.

Rainbow Europe adlı tədqiqatda Gürcüstana 100%-dən 25,87% verildi.

Tam olaraq, tədqiqat çərçivəsində, Avropanın 49 ölkəsi dəyərləndirilib.

LGBT şəxslərin hüquqlarının qorunması baxımından regionda Malta liderlik edir (91,04%), hansı ki, keçən il həmcinslərin evliliyini qanuniləşdirdi.

Ondan sonra Belçika (78,76%), Norvegiya (77,74%), Birləşmiş Krallıq (73,48%) və Finlyandiya gəlir (73,27%).

Tədqiqatın müəllifinin dəyərləndirməsinə görə, cinsi azlıqların hüquqları ən az Azərbaycanda (4,7%) qorunur.

Son beşliyə həmçinin, Ermənistan (7,2%), Türkiyə (8,6%), Monako (9,76%) və Rusiya (10,9%) daxil oldular.

Qeyd olunmalıdır ki, yayılan tədqiqata əsasən, Gürcüstan Avropa İttifaqının Şərq Partnyorları arasında liderdir.

Rainbow Europe-un indeks göstəriciləri ilə, o bir neçə Avropa ölkəsindən öndədir – Bolqariya, Ruminiya, Litva, Polşa, Latviya.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, 49 ölkədən sadəcə 16-sı yüksək, yəni 50%-dən artıq göstərici aldı.

Şərh yaz