Levan Xabeişvili - Seçkilərdə müxalifət tərəfdarlarının sir-sifətini dağıtmaq üçün başqa ölkələrdən 300-500 əzələli şəxsin gətirilməsi planlaşdırılır
Seçkilərdə müxalifət tərəfdarlarının sir-sifətini dağıtmaq üçün başqa ölkələrdən 300-500 əzələli şəxsin gətirilməsi planlaşdırılır, Kaladze və Kobaxidzedən soruşun Nurmaqomedovla görüş yoxsa zonderlərin gətirilməsi ilə mi bağlı idi ?- bu haqda “Milli Hərəkat”ın Siyasi Şurasının sədri Levan Xabeişvili açıqlayıb.
Xabeişvili bildirib ki, hakim partiya oktyabrın 26-da keçiriləcək seçkilər üçün Çeçenistanın lideri Ramzan Kadırova yaxın 300-500 nəfəri ölkəyə gətirməyi planlaşdırır.
Xabeişvili, sözügedən şəxslərin seçki məntəqələrində fiziki qarşıdurma üçün səfərbər ediləcəklərini bildirib. Onun sözlərinə əsasən, ola bilsin ki, bu məsələ Almaniyada baş nazir İrakli Kobaxidze və Tbilisinin meri Kaxa Kaladzenin görüşdüyü UFC çempionu Habib Nurmaqomedovla müzakirə olunub.
“Məndə olan məlumata əsasən, seçki məntəqələrində müxalif əhvali-ruhiyyəli şəxslərin sir-sifətini dağıtmaq üçün başqa ölkələrdən 300-500 əzələli şəxsin gətirilməsi planlaşdırılır. Kaladze və Kobaxidzedən soruşun ki, onların bu görüşü yoxsa zonderlərin ölkəyə gətirilməsi ilə mi bağlı idi? Bizə hansı məsələ haqda danışdıqlarını desinlər, geosiyasətdən danışmayacaqlarını bilirik. Anakliya limanını çinlilərə verdiklərinimi, yoxsa mərkəzi dəhliz kimi Gürcüstanımı müzakirə ediblər?” – Levan Xabeişvili açıqlayıb.