Levan Xabeişvili - Konstitusiya çərçivəsində biz Gürcüstanda dinc inqilabın, devrilişin, əgər bu söz sizi qorxudursa, bilmirəm, bəli, dinc bir devrilişin baş verməsini planlaşdırırıq
Konstitusiya çərçivəsində biz Gürcüstanda dinc inqilabın, devrilişin, əgər bu söz sizi qorxudursa, bilmirəm, bəli, dinc bir devrilişin baş verməsini planlaşdırırıq, – bu barədə “Milli Hərəkat” Siyasi Şurasının sədri Levan Xabeişvili bildirib.
Onun dediyinə görə, Gürcüstanda dinc inqilab artıq 2003-cü ildə, Şevarnadze rejimi devriləndə baş verib.
“2003-cü ildə Gürcüstanda dinc inqilab baş verdi, Şevardnadze rejimi tamamilə dinc yolla devrildi. Eyni şey Ermənistanda da oldu, Paşinyan rejimi devirdi, xalqla birlikdə qalib gəldi. Həmçinin, dinc yolla, Konstitusiya çərçivəsində biz Gürcüstanda dinc inqilabın, devrilişin, əgər bu söz sizi qorxudursa, bilmirəm, bəli, dinc bir devrilişin baş verməsini planlaşdırırıq”, – Xabeişvili bildirib.