Levan Samxarauli adına Məhkəmə Ekspertizası Milli Bürosuna Qiorqi Tvauri rəhbərlik edəcək
Levan Samxarauli adına Məhkəmə Ekspertizası Milli Bürosuna Qiorqi Tvauri rəhbərlik edəcək.
Məhkəmə Ekspertizası Milli Bürosunun yeni rəhbəri ilə bu gün baş nazir İrakli Kobaxidze görüşüb və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qiorqi Tvauri 2012-2019-cu illərdə də Levan Samxarauli adına Məhkəmə Ekspertizası Milli Bürosunun rəhbəri vəzifəsini tuturdu. Müxtəlif vaxtlarda o, eləcə də Gürcüstanın Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin rəhbərinin müavini; Gürcüstanın Cəzaçəkmə, Probasiya və Hüquqi Yardım Məsələləri Nazirliyinin Probasiya Milli Agentliyinin direktoru; Gürcüstanın Cəzaçəkmə, Probasiya və Hüquqi Yardım Məsələləri Nazirliyinin Baş Müfəttişliyinin rəhbəri olub.
Məlumatı Gürcüstanın Hökumət Administrasiyasının mətbuat xidməti yayır.