Levan Mqaloblişvili Abxaziya Muxtar Respublikasının hökumətinin sədri vəzifəsindən istefa verib
Abxaziya Muxtar Respublikası hökumətinin sədri Levan Mqaloblişvili vəzifəsindən istefa verib.
Bu barədə Levan Mqaloblişvili sosial şəbəkədə yazıb.
“Komanda və baş nazirlə məsləhətləşdikdən sonra istefa vermək qərarına gəldim.
“Abxaziya Muxtar Respublikasının hökumətinin, nazirliklərin bütün əməkdaşlarına, Ali Şuranın deputatlarına göstərdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm, eləcə də bu qısa müddət ərzində şəxsən görüşdüyüm minlərlə qaçqına minnətdarlığımı bildirirəm, Lakin biz az da olsa, faydalı layihələri həyata keçirməyə nail olduq. Dəstəyinizə görə təşəkkür edirəm, mən həm Enguri çayının o tayında, həm də bu tayında müvəqqəti köçkün düşmüş vətəndaşların hüquqlarını qorumaq üçün sizin yanınızdayam”, – Levan Mqaloblişvili yazır.
Levan Mqaloblişvili 2024-cü ilin sentyabrın 18-də Abxaziya Muxtar Respublikası hökumətinin sədri təyin edilib.