Levan Maxaşvili və ATƏT Parlament Assambleyasının prezidenti işğal xəttinin yaxınlığında, Xurvaleti kəndində olublar
Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sampietro və onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə işğal xəttinin yaxınlığında yerləşən Xurvaleti kəndində olub. Gürcüstan Parlamentinin mətbuat xidməti məlumat yayır.
Onların məlumatına görə, Levan Maxaşvili ATƏT Parlament Assambleyasının nümayəndə heyətinin üzvlərini Rusiya tərəfindən Gürcüstanın regionlarının davam edən işğalı və onun mənfi nəticələri, orada yaşayan əhalinin problemləri, həmçinin Gürcüstan üçün işğalla bağlı təhlükəsizlik çağırışları və təhdidləri ilə tanış edib.
ATƏT Parlament Assambleyası nümayəndə heyətinə Prezident Pere Joan Pons Sampietro rəhbərlik edir. Nümayəndə heyətinə həmçinin ATƏT Parlament Assambleyasının vitse-prezidenti və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Qrassa, Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Cevrosima Peyoviç, Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin sədr müavini Kristin Blouer və ATƏT Parlament Assambleyasının baş katibi Roberto Montella daxildir.