Levan Maxaşvili - Gürcüstan və bir çox kiçik dövlət üçün davam edən geosiyasi çevrilmələrdə addımların düzgün müəyyən edilməsi ehtiyatlılıq və birlik tələb edir
Levan Maxaşvili - Gürcüstan və bir çox kiçik dövlət üçün davam edən geosiyasi çevrilmələrdə addımların düzgün müəyyən edilməsi ehtiyatlılıq və birlik tələb edir

“Gürcüstan və bir çox kiçik dövlət üçün davam edən geosiyasi çevrilmələrdə növbəti addımların düzgün müəyyən edilməsi ehtiyatlılıq və birlik tələb edir, – bu barədə Avropaya inteqrasiya komitəsinin sədri, Gürcüstan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Levan Maxaşvili ATƏT komitələrinin birgə iclasındakı çıxışı zamanı bildirib.

Onun dediyinə görə, Gürcüstan sülhü təmin etmək və dövlətçiliyi qoruyub-saxlamaq üçün son üç il ərzində çətin, lakin zəruri qərarlar qəbul etdi.

“1990-cı və 2008-ci illərdə Rusiya ilə üç müharibə təcrübəmizi, həmçinin Rusiyanın Gürcüstanın iki tarixi bölgəsini işğal altında saxlamasını nəzərə alaraq, biz başa düşdük ki, bu ən ağır geosiyasi zəlzələlərdən sağ çıxmağın yeganə yolu emosiyaları bir kənara qoyub praqmatik hərəkət etməkdir. “İsti başlar”ın bizə hər cür etiketi yapıştırdığına baxmayaraq, əslində bizim gördüyümüz yeganə iş ölkəni xilas etmək idi. Rusiyanın Ukraynadakı müharibəsi ətrafında baş verənlər yalnız bir şeyi təsdiqləyir, ki Gürcüstan düzgün qərarlar verdi.

Gürcüstan və bu zalda olan bir çox kiçik dövlət üçün davam edən geosiyasi çevrilmələrdə növbəti addımların düzgün müəyyən edilməsi ehtiyatlılıq və birlik tələb edir. Biz bu çətin dövrdən ancaq bir-birimizə dəstək olmaqla keçə bilərik, bir-birimizin daxili siyasi proseslərinə qeyri-qanuni xarici müdaxilə və dezinformasiya vasitəsilə bir-birimizə zərbə vurmaqla deyil. Yalnız həmrəylik və bir-birimizin demokratik mədəniyyətinə və proseslərinə hörmət etməklə biz cəmiyyətlərimizi xarici müdaxilənin yaratdığı sabitliyin pozulmasından qoruya biləcəyik”, – deyə Levan Maxaşvili bildirib.

Gürcüstanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinə Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Avropayla İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili və Ətraf Mühitin Mühafizəsi və Təbii Ehtiyatlar Komitəsinin sədri Maia Bitadze daxildir.