Levan Jorjoliani - "Çendler İnstitutu"nun tədqiqatına görə, bütün istiqamətlərdə mühüm nəticələrimiz olub və hökumət bu istiqamətdə ölkənin daha yaxşı nəticələr əldə etməsi üçün hər şeyi edəcək
Tədqiqatda təqdim olunan göstəricilərin dürüstlük, məhkəmə sistemi və bürokratiyanın keyfiyyəti, biznes tənzimlənməsinin sabitliyi, həmçinin xarici investisiyaların cəlb edilməsi olması vacibdir, – bu barədə Gürcüstan hökuməti administrasiyasının rəhbəri Levan Jorjoliani “Çendler İnstitutu” tərəfindən dərc edilmiş tədqiqat barədə danışarkən bildirib.
Levan Jorjolianinin sözlərinə görə, hökumət gələcək illərdə ölkənin bu istiqamətdə daha yaxşı nəticələr əldə etməsi üçün hər şeyi edəcək.
“Yuxarıda qeyd olunan tədqiqat BMT Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun tədqiqatlarına əsaslanır. Tədqiqatda təqdim olunan göstəricilərin dürüstlük, məhkəmə sistemi və bürokratiyanın keyfiyyəti, biznes tənzimlənməsinin sabitliyi, həmçinin xarici investisiyaların cəlb edilməsi olması vacibdir. Son illər ərzində bütün istiqamətlərdə mühüm nəticələrimiz olub. Hökumət gələcək illərdə bu istiqamətdə daha yaxşı nəticələr əldə etməyimiz üçün hər şeyi edəcək”, – deyə Levan Jorjoliani bildirib.