Levan Jorjoliani - Qiymətlərin azaldılması ilə bağlı iş aprel ayının sonunda başa çatacaq və düşünürük ki, əlçatan nəticələrimiz olacaq
Levan Jorjoliani - Qiymətlərin azaldılması ilə bağlı iş aprel ayının sonunda başa çatacaq və düşünürük ki, əlçatan nəticələrimiz olacaq

Qiymətlərin azaldılması ilə bağlı iş aprelin sonunda başa çatacaq və düşünürük ki, əlçatan nəticələrimiz olacaq, – bu barədə hökumət administrasiyasının rəhbəri Levani Jorjoliani bildirib.

Onun sözlərinə görə, şirkətlərin qiymətlərin azaldılması ilə bağlı hazırlıq göstərməsi vacibdir.

„Komissiya iki həftə ərzində işləyib. Görüş ərzaq sektorunda fəaliyyət göstərən şirkətlərlə keçirildi, o cümlədən şəbəkə marketləri, idxalçılar, istehsalçılar, həmçinin, komissiyanın mandatı genişləndirildi və biz əczaçılıq sektorunun nümayəndələri, eləcə də yanacaq şirkətləri ilə görüşdük. Qeyd etmək vacibdir ki, hər görüşün sonunda şirkətlər qiymətləri azaltmaq istəklərini bildiriblər ki, bu da artıq çox yaxşıdır. Proses Parlamentə keçəcək və orada qeyd olunan məsələlər xüsusi işçi komissiyası çərçivəsində müzakirə olunacaq. Biz işimizi aprelin sonuna qədər başa çatdıracağıq və düşünürük ki, əlçatan nəticələrimiz olacaq“, – deyə Levan Jorjoliani bildirib.

Gürcüstanın Baş nazirinin mətbuat xidməti məlumat yayır.