Levan Davitaşvili - Avropa İttifaqına üzv olmaq yolumuzla əlaqədar çoxlu spekulyasiya var, lakin siyasətimizdə real dəyişiklik olmayıb
Avropa İttifaqına üzv olmaq yolumuzla əlaqədar çoxlu spekulyasiya var, lakin siyasətimizdə real dəyişiklik olmayıb”, – bu barədə Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili “Euronews” telekanalına müsahibəsində bildirib.
“Bizim yeganə siyasətimiz var ki, hökumət tərəfindən rəsmi olaraq təsdiq edilmiş inteqrasiya gündəliyini nəzərdə tutur. Bütün dövlət qurumu, nazirlik və agentlik bu gündəliyin həyata keçirilməsinə xidmət edir”, – Levan Davitaşvili qeyd edib.
Onun dediyinə görə, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi kifayət qədər geniş olan Dərin və Hərtərəfli Azad Ticarət Zonası Sazişinin (DCFTA) icra gündəliyini əlaqələndirir.
“Biz tələblərin demək olar ki, 60%-ni yerinə yetirmişik. Biz iqtisadiyyatda və iqtisadiyyatın müxtəlif sektorunda, o cümlədən nəqliyyat, enerji, ticarət və digər sahələrdə mühüm islahatları fəal şəkildə həyata keçiririk. Bu, bizim prioritetimiz olaraq qalan prioritet gündəmdir. Biz bütün diqqətimizi DCFTA və inteqrasiya siyasətinin həyata keçirilməsinə yönəlmişik. Biz açıq şəkildə bəyan etmişik ki, məqsədimiz Avropa İttifaqına tamhüquqlu üzv olmaqdır. Biz başa düşürük ki, bu uzun bir prosesdir, amma biz tamamilə bu önəmli islahatı həyata keçirməyə yönəlmişik. Biz bu islahatlara sadiq qalırıq və bu proses çox fəal şəkildə davam edir”, – Baş nazirin birinci müavini qeyd edib.