Leninqrad vilayətinin qubernatorunun məlumatına görə, Ukrayna dronlarının Primorsk neft limanına hücumu nəticəsində bir gəmidə yanğın baş verib, nasos stansiyası da yanıb

13:31, 12.09.2025

Leninqrad vilayəti qubernatoru Aleksandr Drozdenkonun bildirdiyinə görə, Primorsk neft limanına Ukrayna dronlarının hücumu nəticəsində gəmilərdən birində yanğın baş verib, nasos stansiyası da yanıb.

Onun söylədiyinə görə, vilayətdə 30-a yaxın Ukrayna dronu zərərsizləşdirilib.

Məlumat üçün bildirək ki, Primorski neft limanı Rusiyanın ən böyük limanlarından biridir və Baltik dənizində yerləşir. Avqustun əvvəlindən Ukrayna Rusiyanın enerji infrastrukturuna, o cümlədən neft emalı zavodlarına və boru kəmərlərinə hücumların intensivliyini artırıb.

Oxşar