“Lelo”nun liderləri Vitali Kliçko ilə görüşüblər
“Lelo”nun liderləri Vitali Kliçko ilə görüşüblər

 

“Lelo”nun liderləri Kiyevin meri ilə görüşüblər. Partiyanın mətbuat xidmətinin yaydığı məlumatda Mamuka Xazaradze, Badri Caparidze, Salome Samadaşvili və Qriqol Qeqelianın gürcü xalqının Vitali Kliçkoya dəstəyini təsdiqlədikləri və yardımlarını vəd etdikləri deyilir.

“Gündəmdə olan siyasi mövzulardan bəhs edildi. Kiyevin üzləşdiyi çağırışlar vurğulanıb. “Lelo”nun liderləri müxtəlif istiqamətlərdə humanitar missiyaların səfərbər edilməsində Vitali Kliçkoya kömək edəcəklərini vəd ediblər. Görüşdə tərəflər gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Görüşdə “Lelo”nun liderləri bir daha Kiyevə və bütün Ukrayna xalqına Gürcüstan və bütün sivil dünya üçün çox vacib olan qələbə arzulayıblar”-deyə “Lelo”nun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.