"Lelo - Güclü Gürcüstan" - Gürcüstanın yeni ədalətli və azad parlament seçkilərinə ehtiyacı var, ölkəni böhrandan çıxaracaq yeganə şey budur
"Lelo - Güclü Gürcüstan" - Gürcüstanın yeni ədalətli və azad parlament seçkilərinə ehtiyacı var, ölkəni böhrandan çıxaracaq yeganə şey budur

Həm daxili, həm də xarici siyasi legitimliyi olmayan rejim ictimai terror yolu ilə mövqelərini möhkəmləndirməyə çalışır, – bu barədə “Lelo – Güclü Gürcüstan”ın yaydığı bəyanatda deyilib.

Bəyanatda deyilib ki, ölkənin yeni parlament seçkilərinə ehtiyacı var.

“Həm daxili, həm də xarici siyasi legitimliyi olmayan rejim ictimai terror yolu ilə mövqelərini möhkəmləndirməyə çalışır. Bu terror kampaniyası rejimin sonunu sürətləndirəcək. Gürcüstanın yeni ədalətli və azad parlament seçkilərinə ehtiyacı var, ölkəni böhrandan çıxaracaq yeganə şey budur. Qanunsuz hakimiyyətin zorla ölkəni idarə etməsi nə qədər uzun sürsə, bu İvanişviliyə bir o qədər baha başa gələcək”, – “Lelo – Güclü Gürcüstan”ın yaydığı bəyanatda deyilib.