"Le Monde" - Fransanın Baş naziri mart ayında növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanını nəzərdən keçirir
"Le Monde" - Fransanın Baş naziri mart ayında növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanını nəzərdən keçirir

Fransanın Baş naziri Sebastyan Lekornu mart ayında növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanını nəzərdən keçirir, – bu barədə “Le Monde” yazır.

“Le Monde”nin anonim mənbəyə istinadən verdiyi məlumata görə, Lekornu ölkənin daxili işlər naziri Loran Nunesə növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanlarını araşdırmağı tapşırıb.

Qərar qəbul edildiyi halda, 15 və 22 mart tarixlərində keçiriləcək bələdiyyə seçkiləri zamanı növbədənkənar seçkilər keçirilə bilər.

Mənbələrin məlumatına əsasən, baş nazir qeyd olunan addımı, müxalifət partiyaları – “Milli Birlik” və “İtaət etməyən Fransa” Avropa İttifaqı tərəfindən “MERCOSUR” ticarət sazişinin qəbul edilməsinə cavab olaraq hökumətə etimadsızlıq göstərilməsi məsələsinin səsverməyə çıxarılmasını tələb etməyi planlaşdırdıqlarını bəyan etdikdən sonra atıb.